18 dekabr 2016-cı ildə keçirilən BİLİK YARIŞInın təqdim etmə mərasimi
Dərc olunub: 11 yanvar 2017 Baxış sayı: 666






 

"Bilik Körpüsü" Hazırlıq Mərkəzinin təşkilatçılığı ilə Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü və Yeni il münasibəti ilə məktəblilərin 10-cu Bilik yarışı keçirilib. 2016-cı ilin dekabr ayında start götürən yarışa 8 yanvar yekun vurulub, qaliblər müəyyənləşib.

Bilik yarışı regional səviyyədə keçirilməklə Gəncə, Goranboy, Şəmkir, Göygöl, Samux, Daşkəsən, Mingəçevir məktəblilərinin iştirakı ilə baş tutub.

Yarış tədris fənləri üzrə ibtidai siniflər və 5-10-cu sinif şagirdləri arasında keçirilib. Yarışda yeni dərslik kitabları və aylıq dərs proqramları əhatə olunub.

Bilik yarışının komissiyasının qərarı ilə ən yüksək bal toplayan 100 şagird fərqləndirilib. O cümlədən hər kateqoriya üzrə ilk 10 və hər sinif üzrə ilk 3 yerin sahibi diplom, fəxri fərmanla və müxtəlif dəyərli hədiyyələrlə mükafatlandırılıblar.

18 dekabr 2016-cı ildə keçirilən BİLİK YARIŞInın təqdim etmə mərasimi
18 dekabr 2016-cı ildə keçirilən BİLİK YARIŞInın təqdim etmə mərasimi

   
   
     

    
   
   
    
 
 




 

скачать dle 10.4фильмы бесплатно
Yuxarı
  • Tərtibat:
  • aynursadiqova@list.ru