8 yanvar 2017-ci il tarixində Bilik Yarışının qaliblərinin mükafatlandırma mərasimi keçiriləcəkdir.
Dərc olunub: 28 dekabr 2016 Baxış sayı: 436






 

 

Hörmətli valideynlər və şagirdlər!

18 dekabr tarixində 2-8 ci siniflərin, 25 dekabr tarixində 9,10 cu siniflərin Biliyi yoxlanılmışdır. Bilik yarışında Gəncə şəhəri ilə yanaşı Samux, Göy-Göl, Şəmkir, Goranboy və Mingəçevir məktəbliləri iştirak etmişdilər. Qaliblər artıq müəyyən edilmişdir. 

 

İbtidai siniflər üzrə maksimum 520 bal, 5,6,7,8-ci siniflər üzrə maksimum 650 bal, 9,10 cu siniflər üzrə isə  maksimum 700 bal toplanır. Eyni bal toplayan şagirdin müsabiqə şərti aşağıdakı qaydada nəzərə alınmışdır.

2,3,4-cü sinif üzrə ən çox Riyaziyyat daha sonra Azərbaycan dili, sonra İngilis dili, Məntiq və s. 

5,6,7,8 -ci siniflər üzrə ən çox Riyaziyyat daha sonra Azərbaycan dili, İngilis dili, Məntiq, Tarix, Kimya, Fizika, Coğrafiya, Biologiya və s.

Daha çətin müsabiqə şərtləri ibtidai siniflər üzrə olmuşdur. Beləki 4-cü yer üzrə 2 nəfər eyni bal və bütün fənlərdən eyni nəticə göstərmişdir. Onların hər ikisi 4-cü yerin qalibi elan edilmişdilər.

İmtahanda qaliblərin obyektiv müəyyən edilməsi, ən çox bal toplayanın qalib olması üçün 3 kateqoriya üzrə ilk 10 yer, hər sinif üzrə ilk 3 yer və imtahanda iştirak edənlərdən topladıqları bala görə 100 nəfər fərqlənmə ilə təltif olunacaqdır. (bu barədə 7 dekabr tarixində "facebook” səhifəmizdə məlumat paylaşılmışdır)

Bilik yarışında hədiyyələrin verilməsi qaydası aşağıdakı kimidir:

Region üzrə keçirilən imtahanda iştirak edənlər arasında ilk yüzlüyə düşənlər fərqləndiriləcəklər.

2,3,4 -cü siniflər üzrə ilk 10 yer (imtahan sinif fənləri üzrə keçirilən proqram ətrafında düşmüşdür)
1-ci yer - medal, diplom, velosiped,bilik məktəbli çantası
2- ci yer-medal, diplom, fotoaparat, bilik məktəbli çantası
3-cü yer - medal, diplom, DVD, bilik məktəbli çantası
4-cü yer diplom, kitab dəsti, məktəbli çantası
5-10 -cu yer diplom, məktəbli çantası
hər sinif üzrə 
1-ci yer fəxri fərman, qol saatı
2-ci yer fəxri fərman, qol saatı
3-yer fəxri fərman, qol saatı

5,6,7,8 -ci siniflər üzrə ilk 10 yer(imtahan sinif fənləri üzrə keçirilən proqram ətrafında düşmüşdür)
1-ci yer - medal, diplom, velosiped,bilik məktəbli çantası
2- ci yer-medal, diplom, fotoaparat, bilik məktəbli çantası
3-cü yer - medal, diplom, DVD, bilik məktəbli çantası
4-cü yer diplom, kitab dəsti, məktəbli çantası
5-10 -cu yer diplom, məktəbli çantası
hər sinif üzrə 
1-ci yer fəxri fərman, qol saatı
2-ci yer fəxri fərman, qol saatı
3-yer fəxri fərman, qol saatı

9 və 10-cu sinif şagirdləri ilk 10 yer(imtahan qrup üzrə keçirilmişdir)
1-ci yer - diplom, PLANŞET, bilik məktəbli çantası
2- ci yer-diplom, fotoaparat, bilik məktəbli çantası
3-cü yerlər - diplom, saat, bilik məktəbli çantası
4-cü yer diplom, kitab dəsti, məktəbli çantası
5, 6, 7, 8, 9, 10-cu yerlər - diplom, məktəbli çantası
hər sinif üzrə 
1-ci yer fəxri fərman, qol saatı
2-ci yer fəxri fərman, qol saatı
3-cü yer fərxri fərman qol saatı

Dünya Azərbaycanlıların Həmrəyliyi və Yeni il münasibəti ilə keçirilən "10-cu BİLİK YARIŞININ” qaliblərinin mükafatlandırma mərasimi 8 yanvar 2017-ci il tarixində keçiriləcəkdir. Qalib olan və fərqlənməyə düşənlərlə əlaqə saxlanılacaq, tədbirə dəvət olunacaqlar. Qaliblərin statistik nəticəsi və topladıqları bal 9 yanvar tarixindən saytımızda və facebook (Bilik Körpüsü HM) səhifəmizdə paylaşılacaqdır.

Bütün Bilik Yarışında iştirak edənləri təbrik edirik və gələcəkdə bundan da böyük uğurlar arzu edirik.

 

скачать dle 10.4фильмы бесплатно
Yuxarı
  • Tərtibat:
  • aynursadiqova@list.ru