Hörmətli valideynlər və şagirdlər
Dərc olunub: 19 dekabr 2016 Baxış sayı: 1854






Bilik Yarışı Regional olmaqla Gəncə, Goranboy, Şəmkir, Göy-göl, Samux, Daşkəsən, Mingəçevir məktəblilərinin iştirakı ilə baş tutmuşdur. 
Bilik Yarışı 2,3,4 və 5,6,7,8-ci sinif şagirdləri arasında yeni dərslik və aylıq praqramı əhatə etmişdir. 
Hər düz cavab balla qiymətləndirilir. Şagirdlər cavablandırdığı 4 səhv cavaba uyğun 1düz cavabın balı silinir. İbtidai siniflər üzrə maksimum 520 bal, 5,6,7,8-ci siniflər üzrə maksimum 650 bal toplanır. Eyni bal toplayan şagirdin müsabiqə şərti aşağıdakı qaydada nəzərə alınacaqdır.  
2,3,4-cü sinif üzrə ən çox Riyaziyyat daha sonra Azərbaycan dili, sonra ingilis dili, məntiq və s. 
5,6,7,8 -ci siniflər üzrə ən çox Riyaziyyat daha sonra Azərbaycan dili, İngilis dili, Məntiq, Tarix, Kimya, Fizika,Coğrafiya, Biologiya və s. 
Bilik Yarışının qalibləri müəyyən edildikdən sonra şagidrdlər valdeyinləri ilə birgə təltif edilmə tədbirinə dəvət olunacaqlar.
Bilik Yarışının nəticələri bk.edu.az saytında 19 dekabr tarixində veriləcək. Siz balınızı öyrənmək üçün imtahan nəticələrinə daxil olaraq iş nömənizi qeyd edirsiniz.
Cavabınız ekranda görünmədiyi halda mərkəzin baş ofisi ilə, (070)(055)603 08 01 nömrəsi ilə əlaqə saxlayın.
Qeyd: 9, 10-cu siniflərin şagirdləri 25 dekabr tarixində Bilik Yarışında iştirak edəcəklər.

скачать dle 10.4фильмы бесплатно
Yuxarı
  • Tərtibat:
  • aynursadiqova@list.ru